...

Almaniya Ukraynaya süni intellektlə təchiz edilmiş 1950 kamikadze dron tədarük edib

Dünya xəbərləri Materials 17 İyul 2025 21:46 (UTC +04:00)
Almaniya Ukraynaya süni intellektlə təchiz edilmiş 1950 kamikadze dron tədarük edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın “Helsing” şirkəti Ukraynaya süni intellekt (AI) texnologiyası ilə təchiz edilmiş və ukraynalı istehsalçı ilə birgə hazırlanmış 1950 ədəd HF-1 kamikadze pilotsuz uçan aparat (PUA) tədarük edib.

Trend xəbər verir ki, bu barədə “Ukrinform”a şirkətin Ukraynada pilotsuz sistemlərin inkişafı və əməliyyatlarına cavabdeh nümayəndəsi Saymon Brunyes məlumat verib.

Brunyesin sözlərinə görə, HF-1 dronları Ukraynanın bir sıra hərbi bölmələrinin istifadəsindədir və döyüş şəraitində uğurla tətbiq olunur. “Terminal Autonomy” adlı Ukrayna şirkəti ilə əməkdaşlıq çərçivəsində hazırlanan bu dronlar süni intellektlə idarə olunur və hədəflərin daha dəqiq məhv edilməsinə imkan verir.

"Helsing" şirkəti, həmçinin tamamilə yerli istehsal olan və daha yüksək texniki göstəricilərə malik HX-2 tipli yeni avtonom hücum dronlarının sınaqlarını Ukraynada davam etdirir. HX-2 modelində də HF-1-də istifadə edilən proqram təminatı tətbiq olunub.

Şirkətin planına əsasən, Ukraynaya əlavə olaraq daha 2050 ədəd pilotsuz uçan aparat göndəriləcək.

Xəbər lenti

Xəbər lenti