Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “Qala Sığorta” və “AzSığorta” Açıq Səhmdar Cəmiyyətlərinə (ASC) icrası məcburi sərəncam verib.
Trend AMB-yə istinadən xəbər verir ki, ASC-lərdə aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Bununla yanaşı, AMB tərəfindən aparılan monitorinq zamanı reyestrə daxil edilmiş bir sıra müstəqil ekspertlərin reyestr məlumatlarının yenilənməməsi və icbari sığorta növü üzrə fəaliyyətin İcbari Sığorta Bürosunun sistemi vasitəsilə həyata keçirməməsi ilə əlaqədar olaraq həmin müstəqil ekspertlərə “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsi əsasında icrası məcburi göstəriş verilib.