Bakı. Trend:
Yaşayış binası ölüçüsündə olan “2022 YS5” asteroidi bu gün (iyulun 17-də ) Yerə ən yaxın məsafəyə qədər yaxınlaşacaq.
Trend xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata görə, təxminən 35 metr diametri olan kosmik obyekt 33 min kilometr saat sürətlə hərəkət edir və trayektoriyası Yerdən yan keçdiyindən NASA heç bir toqquşma təhlükəsinin olmadığını öncədən xəbərdar edib.
Asteroidin Yer planetinə 4,15 milyon kilometrə qədər yaxınlaşacağı bildirilir.