...

İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq niyyətindədir

Dünya xəbərləri Materials 17 İyul 2025 05:03 (UTC +04:00)

Bakı. Trend:

İsrail Suriyanın cənubunda status-kvonu saxlamaq niyyətindədir.

Trend-in məlumatına görə, İsrailin xarici işlər naziri Gideon Saar bəyan edib ki, ölkəsi sərhəd təhlükəsizliyini təmin etməyə qərarlıdır.

Nazir bildirib ki, İsrailin Suriyadakı maraqları aydındır və onların pozulması cavabsız qalmayacaq:

“Suriyadakı əsas məqsədimiz cənub bölgəsində, xüsusilə də sərhədimizə yaxın ərazilərdə mövcud vəziyyətin saxlanılması və İsrailə yönələn təhdidlərin qarşısının alınmasıdır. Digər vacib məsələ isə bu regionda güclü əlaqələrə malik olduğumuz druz icmasının qorunmasıdır”, – deyə Saar qeyd edib.

Xəbər lenti

Xəbər lenti