...

Birinci yarımildə Bakıda dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyon manatadək maddi ziyan vurulub

Cəmiyyət Materials 17 İyul 2025 16:28 (UTC +04:00)
Birinci yarımildə Bakıda dövlətə, fiziki və hüquqi şəxslərə 10 milyon manatadək maddi ziyan vurulub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 17-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan geniş əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.

Müşavirədə bildirilib ki, Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 9.934.994,14 manat məbləğində maddi ziyanın 5.279.487,65 manatı və ya 53,1 %-nin ödənilməsi təmin edilib.

Həmçinin hesabat dövründə prokurorluq əməkdaşları tərəfindən xidməti, icra və əmək intizamı qaydalarına riayət olunmasına ciddi nəzarət edilməklə, Bakı şəhər prokurorluq orqanlarının 3 əməkdaşının intizam tənbeh tədbiri qismində tutduqları vəzifədən azad olunmaları qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti