...

Yamal "Barselona"da 10 nömrəli formanı geyinəcək

İdman Materials 17 İyul 2025 04:33 (UTC +04:00)
Yamal "Barselona"da 10 nömrəli formanı geyinəcək

Bakı. Trend:

Lamin Yamal “Barselona”da 10 nömrəli formanı alıb.

Trend xəbər verir ki, Kataloniya klubu bu barədə rəsmi məlumat yayıb. Daha əvvəl cinah oyunçusu 19 nömrə ilə çıxış edirdi.

“Barselona”da 10 nömrəli forma müxtəlif vaxtlarda Lionel Messi, Ronaldinyo, Rivaldo, Romario və Dieqo Maradona kimi futbolçulara məxsus olub. Son olaraq bu nömrəni Ansu Fati daşıyırdı.

Xəbər lenti

Xəbər lenti