...

Laçında meşə yanğını baş verib (VİDEO) (YENİLƏNİB)

Hadisə Materials 16 İyul 2025 22:01 (UTC +04:00)
Laçında meşə yanğını baş verib (VİDEO) (YENİLƏNİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Laçın. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonu, Hoçaz kəndi istiqamətində dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə nəzarətə götürülüb.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

XXX

21:10

Laçın rayonunun Bəylik kəndi istiqamətində meşə yanır.

Trend-in Qarabağ bürosu xəbər verir ki, aidiyyəti qurumlar hazırda ərazidədir.

Məlumat yenilənəcək

Xəbər lenti

Xəbər lenti