...

ABŞ və Avropa İran ilə bağlı saziş üçün son vaxt qoyub

Dünya xəbərləri Materials 16 İyul 2025 04:52 (UTC +04:00)

Bakı. Trend:

ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün avqustun son tarixini təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran “sərt sanksiyalarla üzləşəcək”.

Trend-in məlumatına görə, bu barədə "Axios" portalı üç mənbəyə istinadən xəbər verib.

Məlumata əsasən, ABŞ dövlət katibi Marko Rubio və Fransa, Almaniya və Böyük Britaniyanın xarici işlər nazirləri bazar ertəsi telefon danışığında İranla nüvə sazişinin əldə edilməsi üçün avqustun sonuna qədər vaxt təyin etmək barədə razılığa gəliblər.

Mənbələr əks halda, üç Avropa ölkəsinin BMT Təhlükəsizlik Şurasının 2015-ci il razılaşmasına əsasən ləğv edilmiş sanksiyalarını bərpa edəcək mexanizm işə salmağı planlaşdırdığını bildiriblər.

Xəbər lenti

Xəbər lenti