...

ABŞ İndoneziya ilə ticarət müqaviləsi imzalayıb - Tramp

Dünya xəbərləri Materials 16 İyul 2025 00:28 (UTC +04:00)
ABŞ İndoneziya ilə ticarət müqaviləsi imzalayıb - Tramp

Bakı. Trend:

ABŞ ilə ticarət razılaşmasına əsasən, İndoneziya 19 faiz rüsum ödəcəyək, ABŞ-nin Asiya ölkəsinə ixracı isə rüsumsuz olacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Bu səhər mən İndoneziyanın hörmətli prezidenti Prabovo Subianto ilə danışdıqdan sonra onunla mühüm saziş bağladım", - deyə o "Truth Social" sosial şəbəkəsində yazıb.

Müqavilə çərçivəsində Cakarta ABŞ-dən 15 milyard dollar dəyərində enerji təchizatı, 4,5 milyard dollarlıq kənd təsərrüfatı məhsulları və 50 Boeing təyyarəsi almağına dair öhdəlik götürüb.

Onun sözlərinə görə, ABŞ malları İndoneziyaya sərbəst daxil olacaq - onlara bu və ya digər şəkildə idxalı məhdudlaşdıra biləcək heç bir tarif və ya digər tədbirlər tətbiq edilməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti