Bakı. Trend:
“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadənin cinayət işi üzrə məhkəmə hazırlıq iclası baş tutub.
Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxsin vəkili vəsatət verərək müvəkkili barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini və cinayət işinin istintaq orqanına qaytarılmasını barədə vəsatət verib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Məhkəmə baxışa verilib.
Proses 22 iyulda davam etdiriləcək.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.