Bakı. Trend:
NATO iyulun 25-dən avqustun 6-dək Gürcüstanda "Agile Spirit 2025" adlı çoxmillətli hərbi təlimlər keçirəcək.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan Müdafiə Nazirliyi rəsmi Facebook səhifəsində açıqlama yayıb.
Qeyd olunur ki, Gürcüstan artıq 12-ci dəfədir bu təlimlərə ev sahibliyi edir.
Təlimlərin məqsədi iştirakçı ölkələrin müdafiə qüvvələrinin döyüş hazırlığı səviyyəsinin artırılması, qarşılıqlı fəaliyyətin gücləndirilməsi və əməliyyat imkanlarının təkmilləşdirilməsidir.
Təlimlərdə NATO və tərəfdaş ölkələrin hərbi kontingentləri iştirak edəcək.