Bakı. Trend:
Bakının Xətai rayonunda suyun verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Xətai rayonu ərazisindən keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar 16 iyul 22:00-dan 17 iyul axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
17 iyul axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.