...

6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb

İqtisadiyyat Materials 15 İyul 2025 11:25 (UTC +04:00)
6 ayda bərpa olunan enerji istehsalı 297,2 mln. kVt·st artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin birinci yarımili üzrə operativ məlumatlara əsasən, respublikada elektrik enerjisinin istehsalı 291,5 mln. kVt·st., yəni 2,2% artaraq 13 849,3 mln. kVt·st. olub.

Trend-ə bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə İES-lərdə 11 519,2 mln. kVt·st, SES-lərdə 1 860 mln. kVt·st, digər mənbələr üzrə isə 470,1 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 21,0 mln. kVt·st, günəş elektrik stansiyalarında 314,6 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 134,5 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən 297,2 mln. kVt·st artımla 2 330,1 mln. kVt·st elektrik enerjisi istehsal edilib.

6 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 12 323,2 mln. kVt·st (İES-lərdə 10 441,4 mln. kVt·st, SES-lərdə 1 851,1 mln. kVt·st, GES-lərdə 30,7 mln. kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 14,6 mln. kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 1 511,5 mln. kVt·st təşkil edib.

Hesabat dövründə elektrik enerjisinin ixracı 709,9 mln. kVt·st, idxalı isə 81,1 mln. kVt·st olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti