...

Bu gün Çempionlar Liqasında 12 cavab oyunu keçiriləcək

İdman Materials 15 İyul 2025 08:50 (UTC +04:00)
Bu gün Çempionlar Liqasında 12 cavab oyunu keçiriləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində 12 qarşılaşma keçiriləcək.

Trend-in məlumatına görə, oyunlara Bakı vaxtı ilə saat 19:00-da start veriləcək.

19:00, "Kayrat" - "Lyublyana";

19:30, "Linkoln" - "Vikinqur";

21:00, "Hamrun" - "Jalgiris";

21:00, "Malmö" - "İberia";

21:00, RFŞ - "Levadia";

22:00, "Differdanj" - "Drita";

22:00, "Şkendiya" - TNS;

22:30, "İnter Eskaldes" - FKSB;

23:00, "Bredablik" - "Eqnatia";

23:00, "Buduçnost" - "Noah";

23:00, "Zrinski" - "Virtus".

Qeyd edək ki, Azərbaycan çempionu "Qarabağ" turnirin II təsnifat mərhələsində mübarizəyə qoşulacaq. Ağdam təmsilçisi "Şelburn" (İrlandiya) – "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Bu mərhələnin oyunları 22-23 və 29-30 iyul tarixlərində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti