...

Trampın bəyanatından sonra neftin qiyməti dünya bazarında enişini sürətləndirib

Dünya xəbərləri Materials 14 İyul 2025 23:29 (UTC +04:00)
Trampın bəyanatından sonra neftin qiyməti dünya bazarında enişini sürətləndirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya bazarında neftin qiymətləri ABŞ Prezidenti Donald Trampın Rusiyanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyinə dair açıqlamasından sonra enişini sürətləndirib.

Trend-in "Trading Economics"ə istinadən verdiyi məlumata görə, Bakı vaxtı ilə saat 19:45-ə olan göstəriciyə əsasən, Brent markalı sentyabr fyuçerslərinin qiyməti 0,66 dollar və ya 0,92% azalaraq 69,71 dollar/barelə düşüb. NYMEX birjasında avqust fyuçersləri üzrə WTI markalı neftin qiyməti isə 0,85 dollar və ya 1,24% ucuzlaşaraq 67,60 dollar/barel olub.

ABŞ Prezidenti Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüşdə Rusiyanın mövqeyindən narazılığını ifadə edərək, əgər 50 gün ərzində razılıq əldə olunmasa, Moskva ilə ticarətə qarşı 100%-ə qədər ikinci dərəcəli tariflər tətbiq olunacağı ilə hədələyib.

Trampın bu bəyanatından sonra neft qiymətləri daha da aşağı düşüb: Brent 69,33 dollara, WTI isə 67,26 dollar/barelə qədər enib. "Trading Economics"in məlumatına görə, bazar iştirakçıları daha sərt və dərhal tədbirlər gözləyirdilər. Açıqlanan gecikmə isə qiymətlərə əlavə təzyiq yaradıb.

Xəbər lenti

Xəbər lenti