...

İspaniyada istilər səbəbindən 1180 nəfər ölüb

Dünya xəbərləri Materials 15 İyul 2025 00:47 (UTC +04:00)
İspaniyada istilər səbəbindən 1180 nəfər ölüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ilin may-iyul aylarında İspaniyada müşahidə olunan isti hava şəraiti nəticəsində 1180 nəfər həyatını itirib.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi Karlos III Səhiyyə İnstitutunun (ISCIII) statistikalarına istinadla məlumat yayıb.

Rəsmi məlumata əsasən, mayın 16-dan iyulun 13-dək isti dalğalarının yaratdığı ölüm halları ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb: 2024-cü ilin eyni dövründə cəmi 70 belə hadisə qeydə alınmışdı. Xüsusilə iyulun ilk həftəsində iyunla müqayisədə ölüm hallarında 47 faiz artım müşahidə olunub.

Qeyd olunur ki, ölənlərin 95 faizindən çoxunu 65 yaşdan yuxarı şəxslər təşkil edir. Ən çox zərər çəkmiş bölgələr isə İspaniyanın şimalındakı Qalisiya, La Rioja, Asturiya və Kantabriya əyalətləridir. Bu regionlarda yaylar adətən sərin keçir, lakin son illər temperatur sabit şəkildə yüksəlməkdədir.

Xəbər lenti

Xəbər lenti