...

"Starship"in 10-cu sınaq uçuşu üç həftəyə baş tutacaq – İlon Mask

Dünya xəbərləri Materials 15 İyul 2025 01:47 (UTC +04:00)
"Starship"in 10-cu sınaq uçuşu üç həftəyə baş tutacaq – İlon Mask
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikanın "SpaceX" şirkətinin istehsal etdiyi Starship prototip kosmik gəmisinin onuncu sınaq uçuşu təxminən üç həftə ərzində həyata keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə şirkətin rəhbəri İlon Mask X sosial şəbəkəsində açıqlama verib:

"Yeni buraxılış təxminən üç həftə ərzində baş tutacaq", – deyə Mask qeyd edib.

Qeyd edək ki, əvvəlki "Starship" buraxılışı bu ilin may ayının sonunda baş tutmuş, lakin prototip buraxılışdan təxminən yarım saat sonra itirilmişdi.

İlon Mask daha əvvəl — martın 15-də — bildirmişdi ki, 2026-cı ilin sonuna qədər insanabənzər robot "Optimus"u Starship vasitəsilə Marsa göndərməyi planlaşdırır. Əgər bu missiyalar uğurlu olarsa, 2029-cu ildə Marsa insanlı uçuşlar təşkil olunacaq. Onun əsas hədəfi isə 20 il ərzində Marsda özünü təmin edən bir şəhər yaratmaqdır.

Tərtibat planına əsasən, "Starship" kosmik sistemi universal platforma kimi nəzərdə tutulur və Yerə yaxın orbitə pilotlu uçuşlar, peyk buraxılışları, həmçinin Ay, Mars və digər uzaq səma cisimlərinə ekspedisiyalar üçün müxtəlif versiyalarda istifadə edilə bilər.

Xəbər lenti

Xəbər lenti