...

Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar uğurlu nəticəyə yaxındır - Tramp

Siyasət Materials 14 İyul 2025 19:45 (UTC +04:00)
Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar uğurlu nəticəyə yaxındır - Tramp
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında danışıqlar uğurla yekunlaşmağa yaxındır.

Trend xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

"Ermənistan və Azərbaycan... Deyəsən, hər şey sona çatır - uğurlu nəticəyə çatmaq üzrədir", - o bildirib.

Xatırladaq ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub.

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. Sülh gündəliyinin mühüm istiqamətləri - sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb.

Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.

Xəbər lenti

Xəbər lenti