Bakı. Trend:
Türkiyənin Kocaeli vilayətinin Dilovası rayonunda 2 minik avtomobili və 1 yük maşınının (TIR) iştirakı ilə ağır zəncirvari qəza baş verib.
Trend-in "TRT Haber"ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 5 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.
Hadisə zamanı TIR-dan düşən konteynerin toqquşduğu avtomobildə olan 5 nəfərin hamısı həyatını itirib. Yük maşınının sürücüsü isə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qəza səbəbindən Ankara istiqamətində yolda ciddi tıxac yaranıb.