Bakı. Trend:
İtaliyanın "Milan" klubu İspaniyanın "Real Madrid" komandası ilə yollarını ayıran Luka Modriçin transferini rəsmən elan edib.
Trend-in məlumatına görə, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytında məlumat verilib.
39 yaşlı xorvatiyalı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən etibarən "Real Madrid"in heyətində çıxış edirdi və klubla bir sıra mühüm uğurlara imza atıb.