Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski təsdiqləyib ki, Almaniya və Norveç Ukrayna üçün "Patriot" zenit-raket komplekslərinin alınmasını maliyyələşdirəcək.
Trend-in məlumatına görə, dövlət başçısı bu barədə Telegram kanalında yayımlanan video-müraciətində məlumat verib.
Zelenskinin sözlərinə görə, Almaniya iki, Norveç isə bir ədəd "Patriot" hava hücumundan müdafiə sistemi üçün ödəniş etməyə hazırdır.
Qeyd edək ki, iyulun 14-də ABŞ Prezidenti Donald Tramp da bəyan etmişdi ki, Vaşinqtondan Ukraynaya yeni silah tədarükü çərçivəsində "Patriot" sistemləri də daxil olacaq. Onun açıqlamasına əsasən, ümumilikdə 17 ədəd zenit-raket kompleksinin Ukraynaya çatdırılması nəzərdən keçirilir.