Bakı. Trend:
Tbilisidə dəmiryol vağzalı yaxınlığında beşmərtəbəli yaşayış binası uçub.
Trend-in məlumatına görə, bu barədə Gürcüstan KİV-i xəbər yayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Polis Departamentinin direktoru Vaja Siradze jurnalistlərə açıqlamasında bildirib ki, hadisə yerində xilasetmə işləri və sakinlərin təxliyyəsi davam etdirilir. Onun sözlərinə görə, zərərçəkənlərlə bağlı məlumatlar yaxın vaxtlarda açıqlanacaq.