...

Peşə təhsilinin maliyyələşdirilməsi istiqamətində işlərə başlanılıb

Cəmiyyət Materials 16 İyul 2025 15:46 (UTC +04:00)
Peşə təhsilinin maliyyələşdirilməsi istiqamətində işlərə başlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Peşə təhsilinin maliyyələşdirilməsi istiqamətində ciddi işlərə başlanılıb.

Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Code Academy” və Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, “CASA”, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, İMZA GROUP və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında yeni əməkdaşlıqların əsasını qoyan Anlaşma Memorandumunun imzalanma mərasimində çıxış edərkən deyib.

"Peşə təhsilində mərhələli şəkildə adambaşı maliyyələşmə sisteminə keçid edirik. Burada ayrı-ayrı ixtisaslar üzrə xərclər müəyyənləşdirilir", - deyə o əlavə edib.

Onun sözlərinə görə, xərclərdə müəllimin iş saatı, əməkhaqqı, enerji ehtiyyatına sərfiyyat və s. nəzərə alınır:

“Bazarda 3 aylıq kursların qiyməti 1 illik təhsil qiymətindən çoxdur. Peşə təhsili praktiki təhsildir. Məqsədimiz tələbələrə tədris prosesində səhvləri öyrədib, onları əmək bazarına hazırlıqlı yetişdirməkdir”.

Xəbər lenti

Xəbər lenti