Bakı. Trend:
Xaçmazda avtomobilin idarəetmədən çıxması nəticəsində sürücü hadisə yerində ölüb.
Trend-in məlumatına görə, hadisə iyulun 14-də şəhər ərazisində baş verib.
Belə ki, Əzim-Sima Hüseyn Ehtibar oğlu idarə etdiyi “Kamaz” markalı avtomobillə Xaçmaz şəhərində hərəkətdə olan zaman idarəetməni itirib, avtomobil yolun sağ kənarındakı divara çırpılıb, nəticədə sonuncu hadisə yerində ölüb.
Faktla bağlı Xaçmaz RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.