Bakı. Trend:
Bu ilin yanvar-may aylarında Azərbaycandan İran İslam Respublikasına 14,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 423 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 687 min kVt/saat və ya 4,8%, dəyər ifadəsi ilə 19,52 min ABŞ dolları, yaxud 4,8% artıb.
Eyni zamanda 2025-ci ilin ilk beş ayı ərzində İrandan Azərbaycana 380,7 min ABŞ dolları dəyərində, 13,4 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5,25 min ABŞ dolları və ya 1,4%, həcm ifadəsində isə 185 min kVt/saat və ya 1,4% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan ümumilikdə beş ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 37,4 milyon ABŞ dolları dəyərində, 658,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 2 milyon ABŞ dolları dəyərində 55,1 milyon kVt/saat elektrik enerjisi idxal edilib.