Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı tərəfindən Qazaxıstanın 2 sığorta brokeri xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edilib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, “Marsh” və “Aon Kazakhstan” sığorta borkerləri reysterə daxil edilib.
“Marsh” sığorta brokeri 2000-ci ildən, “Aon Kazakhstan” sığorta brokeri isə 2004-cü ildən etibarən dövlət qeydiyyatına alınıb.
Bu il ərzində üçüncü xarici sığorta brokeri reysterə daxil edilir. Bundan əvvəl cari ilin aprel ayında Türkiyənin sığorta brokeri olan "Gallagher Sigorta ve Reasürans Brokerliği" sığorta brokeri reysterə daxil edilmişdi.
Qeyd edək ki, sığorta brokeri sığorta məsələləri, o cümlədən danışıqların aparılması, sığorta müqaviləsinin davam etdirilməsi və ya yenilənməsi, risklərin yerləşdirilməsi ilə əlaqədar vasitəçilik fəaliyyəti göstərən, sığorta müqavilələrinin bağlanmasına və sığorta tələbinə dair məsləhətlər verən fiziki, yaxud hüquqi şəxsdir.