...

Paytaxtın bu rayonunda qəzalı binaların söküntüsünə başlanılır

Cəmiyyət Materials 16 İyul 2025 14:14 (UTC +04:00)
Paytaxtın bu rayonunda qəzalı binaların söküntüsünə başlanılır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntüsünə başlanılır.

Trend-in məlumatına görə, söküntü işləri Oksigen küçəsi, ev 1 ünvanında və Marat Əmirxanov küçəsi, ev 14 ünvanında yerləşən istismar müddəti bitmiş qəzalı binalarda aparılacaq.

Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması işlərini Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, “Azərdövlətlayihə”yə 10 822 manat ödənilib.

Söküntü işlərinin bu ilin sentyabrın 15-dək yekunlaşdırılması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti