...

Maşınla yük daşıyan vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı” tələbi ləğv edilir - QƏRAR

Cəmiyyət Materials 16 İyul 2025 11:50 (UTC +04:00)
Maşınla yük daşıyan vergi ödəyiciləri üçün “Fərqlənmə nişanı” tələbi ləğv edilir - QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasında avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarına görə verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi xüsusiyyətləri, habelə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nın tətbiq edilməsi Qaydaları”na dəyişiklik edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”, habelə yük daşımalarını həyata keçirən vergi ödəyicilərinə “Xüsusi fərqlənmə nişanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən veriləcək. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün Agentlikdən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

Yük daşımalarını həyata keçirən vergi ödəyiciləri tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada yerinə yetirilir. Fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitəsi ilə yük daşıma fəaliyyəti üzrə “Sosial sığorta haqqında” qanunda nəzərdə tutulmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti