Bakı. Trend:
“Euronews” telekanalı İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən 17-ci Zirvə Görüşü ilə bağlı xüsusi reportaj hazırlayıb.
Trend xəbər verir ki, reportajda qeyd olunur ki, Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşündə liderlər əsas diqqəti üzv dövlətlər və dəvət olunmuş ölkələr arasında ticarət, nəqliyyat dəhlizləri və regional əlaqələrin gücləndirilməsinə yönəldiblər.
"İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin rəhbərləri və nazirləri ticarət əlaqələrinin gücləndirilməsi və regional əlaqələrin yaxşılaşdırılması yollarını müzakirə etmək üçün Xankəndidə görüşüblər.
Baş katib Əsəd M. Xan bildirib ki, sammitdə nəqliyyat dəhlizlərinin inteqrasiyasının inkişafı üçün prioritetlər müəyyən edilib.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov regional bazarların birləşməsində ölkənin rolunu vurğulayıb.
Pakistan nümayəndə heyəti sammitin diplomatik potensialını, Nigeriya nümayəndəsi isə çoxtərəfli əməkdaşlığı vurğulamışdır.
Yekun bəyannamədə ticarət maneələrinin azaldılması, transsərhəd infrastrukturun dəstəklənməsi və İƏT daxilində ticarətin indiki 8 faizdən çox artırılması çağırışı əks olunub", - deyə reportajda bildirilib.