...

Kənd təsərrüfatı sahəsi üzrə biznes kredit portfeli 17% böyüyüb

İqtisadiyyat Materials 15 İyul 2025 15:22 (UTC +04:00)
Kənd təsərrüfatı sahəsi üzrə biznes kredit portfeli 17% böyüyüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycan banklarının kənd təsərrüfatı sahəsinə verilmiş biznes kredit portfeli 1,805 milyard manat təşkil edib.

Trend bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 5 milyon manat (0,3%) azalıb, ötən ilin eyni dövrü ilə nisbətdə isə 263 milyon manat (17%) artıb.

Belə ki, kənd təsərrüfatı sahəsi üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2025-ci ilin mayın 1-nə 1,810 miyard manat, ötən ilin iyunun 1-nə isə 1,542 milyard manat təşkil etmişdi.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28,4 milyard manata bərabər olub. Kredit portfelinin 15,1 milyard manatı biznes kreditləri, 8,9 milyard manatı istehlak kreditləri, 4,4 milyard manatı isə ipoteka kreditləri təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti