Bakı. Trend:
Cari İran ilinin 3 ayı (21 mart -21 iyun 2025) ərzində İranın Azərbaycandan məhsul idxalı ötən İran ilinin analoji dövrü ilə (20 mart -20 iyun 2024) müqayisədə dəyər baxımından 48,8%, çəki baxımından 57,9% azalıb.
Bu barədə Trend İranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumat verib.
Statistikaya əsasən, 3 ayda İranın Azərbaycandan məhsul idxalı 2,58 milyon dollar dəyərində 1 min ton təşkil edib.
Statistikada deyilir ki, ötən ilin analoji dövründə İran Azərbaycandan 5,04 milyon dollar dəyərində 2,4 min ton məhsul idxal edib.
Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlif avadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairə məhsullar idxal edib.
Statistikaya görə, 3 ayda İranın Azərbaycanla ticarət dövriyəsi 185 milyon dollar dəyərində 227 min ton təşkil edib. Ticarət dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 30,8%, çəki baxımından 12,8% azalıb.
Əlavə edək ki, 3 ayda İran 13 milyard dollar dəyərində 9 milyon ton qeyri-neft məhsulları idxal edib. 3 ayda İranın qeyri-neft məhsul idxalı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 11,7%, çəki baxımından 4,35% azalıb.
Qeyd edək ki, İran məhsul idxalında əsasən ölkənin ehtiyac duyduğu zəruri məhsulların idxalına önəm verir və ölkədə istehsal olunan məhsulların bənzərinin ölkəyə idxal olunmasına müəyyən məhdudiyyətlər tətbiq edir.