...

Sabah 40 dərəcə isti olacaq

Cəmiyyət Materials 15 İyul 2025 13:32 (UTC +04:00)
Sabah 40 dərəcə isti olacaq
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Azərbaycanda iyulun 16-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, bəzi yerlərdə 40 dərəcə isti olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə +22 dərəcədən +26 dərəcəyədək, gündüz +34 dərəcədən +39 dərəcəyədək olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubət isə gecə 65-75 %, gündüz 40-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, arabir duman olacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +22 dərəcədən +27 dərəcəyədək, gündüz +36 dərəcədən +40 dərəcəyədək, dağlarda gecə +11 dərəcədən +16 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti