...

Xalq Bankda Landau məktəbinin şagirdləri üçün maliyyə və bankçılıq üzrə təlim keçirildi

İqtisadiyyat Materials 15 İyul 2025 10:14 (UTC +04:00)
Xalq Bankda Landau məktəbinin şagirdləri üçün maliyyə və bankçılıq üzrə təlim keçirildi

Bakı. Trend:

Xalq Bank gənclərin maliyyə savadlılığının artırılması və bank sektoru ilə yaxından tanış olmaları məqsədilə növbəti maarifləndirici təşəbbüsünü həyata keçirdi. Belə ki, Bankın baş ofisində Landau məktəbinin 9-11-ci sinif şagirdləri üçün xüsusi ekskursiya proqramı təşkil olundu.

Ekskursiya çərçivəsində şagirdlər bank sektorunun fəaliyyəti, müasir bank məhsulları və rəqəmsal bankçılıq həlləri, əməliyyat təhlükəsizliyi barədə maarifləndirici məlumat əldə etdilər və bu mövzular ətrafında onları maraqlandıran suallara cavab aldılar. Həmçinin şagirdlər üçün interaktiv sessiyalar və praktiki tapşırıqlar vasitəsilə marketinq, reklam və müştəri yönümlü yanaşma kimi sahələrdə nəzəri biliklərin tətbiqi nümayiş etdirildi. Eyni zamanda, şagirdlərə Bankın filialında müştəri əməliyyatlarının icrası prosesi əyani olaraq göstərildi.

Xalq Bankın mütəxəssisləri tərəfindən aparılan bu sessiyalar gənclərin bank-maliyyə sahəsində ilkin təcrübə qazanmalarına imkan yaratdı. Tədbirin sonunda şagirdlərə iştiraklarına görə sertifikatlar və hədiyyələr təqdim olundu.

Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az// rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti