Bakı. Trend:
Almaniya kansleri Fridrix Merts, ABŞ Prezidenti Donald Trampın bəyanatından sonra Avropa ölkələrinin Ukraynaya yeni hərbi yardım planının detallarını müzakirə etməyə hazır olduqlarını açıqlayıb.
Trend-in məlumatına görə, Merts bu barədə X sosial şəbəkəsindəki rəsmi hesabında paylaşım edib.
“Prezident Tramp bu gün mühüm təşəbbüslə çıxış edib. Əgər avropalı tərəfdaşlar maliyyələşdirsələr, ABŞ Ukraynaya böyük miqdarda silah verəcək. Mən onu əmin etdim ki, Almaniya bu prosesdə mütləq iştirak edəcək,” – deyə kansler vurğulayıb.
Onun sözlərinə görə, yaxın gələcəkdə tərəflər müttəfiqlərlə daimi təmasda olacaq və yardımla bağlı təfərrüatlar tezliklə dəqiqləşdiriləcək.
Merts əlavə edib ki, bu cür addımlar həm Almaniyanın maraqlarına cavab verir, həm də sülh danışıqlarının tez bir zamanda başlanması üçün Moskvaya təzyiqin artırılmasına kömək edə bilər.