Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı “İpək Yolu Sığorta” ASC-yə icrası məcburi göstəriş verib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “İpək Yolu Sığorta” ASC-də aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması ilə əlaqədar olaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən, “İpək Yolu Sığorta” ASC-yə icrası məcburi göstəriş verilib”, - məlumatda qeyd edilib.