...

“Neftçi”nin yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib

İdman Materials 14 İyul 2025 14:35 (UTC +04:00)
“Neftçi”nin yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Yeni mövsümə hazırlığı davam etdirən “Neftçi”nin Polşa toplanışı çərçivəsində keçirəcəyi yoxlama oyunlarındakı daha iki rəqibi müəyyənləşib.

Klubun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Ağ-qaralar” iyulun 17-də İsrailin “Hapoel Təl-Əviv”, ayın 22-də isə Polşanın “Termalitsa Nyeçetşa” klubu ilə qarşılaşacaq.

Qeyd edilib ki, təlim-məşq toplanışına iyunun 25-də başlayan “Neftçi” hazırlığın ilk hissəsini iyulun 14-dək Bakıda keçirib. Toplanışın ikinci mərhələsi isə iyulun 15-dən avqustun 2-dək Polşanın Keltse şəhərində təşkil olunacaq.

“Binkovski Hotel”də məskunlaşacaq komandamızın digər yoxlama görüşləri iyulun 27-də “Asteras Tripolis” (Yunanıstan), avqustun 1-də isə AEL (Kipr) klubuna qarşı olacaq”, - deyə məlumatda vurğulanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti