Bakı. Trend:
Bu ilin birinci rübündə Belarusdan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 807 min ABŞ dolları təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə, sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 563 min ABŞ dolları və ya 3,3 dəfə artıb. 2024-cü ilin ilk rübündə Belarusdan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 244 min ABŞ dollarına bərabər olub.
Cari ilin ilk üç ayında Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Belarusdan yatırılan investisiyaların payı 0,1% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,518 milyard ABŞ dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 10,456 milyon ABŞ dolları və ya 0,7% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 315,116 milyon ABŞ dolları olub ki, bu da 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 15,335 milyon ABŞ dolları və ya 4,6% azdır.