Xocalı.Trend:
Xocalıdan çıxanda balaca uşaqlarımla çıxmışdım, indi isə balaca nəvələrimlə qayıdıram.
Trend xəbər verir ki, bunu Xocalı rayonun Təzəbinə kənd sakini Gülşən Teymurova yurda köç zamanı deyib.
O, şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulayıb:
“Allah bütün şəhidlərə rəhmət eləsin, məkanları cənnət olsun. Qazilərimizə şəfa versin. Allah Prezidentimizi qorusun. Şükür bu günə”.
Qeyd edək ki, bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub. 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.