Bakı. Trend:
Özbəkistanda 4,2 bal gücündə zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Seysmoloji Proqnoz Monitorinq Mərkəzi məlumat yayıb.
Məlumata görə, seysmoloji hadisə yerli vaxtla 15:55-də (Bakı vaxtı ilə 15:55) qeydə alınıb.
Zəlzələnin episentri Buxara vilayətinin Daşkənd şəhərindən 532 kilometr cənub-qərbdə olub.
Zərərçəkənlər barədə məlumat yoxdur.