...

Birinci yarımildə SOCAR üzrə neft hasilatının həcmi 8%-ə yaxın azalıb

İqtisadiyyat Materials 14 İyul 2025 11:37 (UTC +04:00)
Birinci yarımildə SOCAR üzrə neft hasilatının həcmi 8%-ə yaxın azalıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 300 min ton və ya 7,9% azdır.

Ötən ilin yanvar-iyun aylarında SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil etmişdi.

Qeyd edək ki, bu ilin yanvar-iyun ayları ərzində ölkədə 13,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Hasilatın 8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 1,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,5 milyon ton təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti