Bakı. Trend:
ABŞ və Avropa İttifaqı arasında ticarət Vaşinqtonun avqustun 1-dən etibarən tətbiq edəcəyini söz verdiyi 30 faizlik gömrük rüsumlarına görə məhv olacaq.
Trend xəbər verir ki, belə bir bəyanatı Avropa İttifaqının ticarət üzrə ali komissarı Maroş Şefçoviç səsləndirib.
Onun sözlərinə görə, yüksək rüsumlar faktiki olaraq Aİ və ABŞ arasındakı ticarəti bloklayacaq, onun həyata keçməsi praktiki baxımdan mümkünsüz olacaq.
Avropa komissarı əlavə edib ki, rəsmi Brüssel Ağ Ev rəhbəri Donald Trampın idxal rüsumlarının artırılacağı ilə bağlı xəbərdarlıq məktubundan məyus olub.
Şefçoviç əmin edir ki, buna rəğmən Aİ yayın son ayının ilk gününə qədər danışıqları davam etdirmək niyyətindədir.