Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 1 430 ədəd noutbuk istehsal edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 527 ədəd və ya 58,4% çoxdur.
Bundan başqa, bu ilin birinci yarısında Azərbaycanda 1 795 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 951 ədəd, yaxud da 2,1 dəfə çoxdur.
Qeyd edək ki, kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2025-сi ilin yanvar-iyun aylarında 128,3 milyon manatlıq məhsul istehsal edilib.