...

Paytaxtda evlərdən 11 min manata yaxın pul oğurlanıb: saxlanılanlar var

Hadisə Materials 14 İyul 2025 14:17 (UTC +04:00)
Paytaxtda evlərdən 11 min manata yaxın pul oğurlanıb: saxlanılanlar var
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Səbail və Nərimanov rayonlarında evlərdən pul oğurlayan 2 şəxs saxlanılıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail və Nərimanov rayonlarında iki zərərçəkən polisə müraciət edərək yaşadıqları evlərdən ümumilikdə 11 min manata yaxın pul vəsaitinin oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 40 yaşlı S.Məmmədova və 68 yaşlı A.Qasımov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti