Bakı. Trend:
Azərbaycan Çinlə iqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında paylaşım edib.
"Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey ilə görüşmək xoş oldu. Ölkələrimiz arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini məmnunluqla vurğuladıq.
İqtisadi əməkdaşlığın gündəliyində olan məsələləri nəzərdən keçirdik. Ticarət, sənaye, investisiya, enerji, nəqliyyat və rəqəmsal iqtisadiyyat sahəsində birgə fəaliyyətin perspektivlərini qeyd etdik", - deyə paylaşımda qeyd edilib.