...

“TikTok” əməliyyatı zamanı saxlanılan Rəşad Abdullayev ev dustaqlığına buraxılıb

Hadisə Materials 14 İyul 2025 16:58 (UTC +04:00)
“TikTok” əməliyyatı zamanı saxlanılan Rəşad Abdullayev ev dustaqlığına buraxılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“TikTok” əməliyyatı zamanı saxlanılan Rəşad Abdullayev ev dustaqlığına buraxılıb.

Trend xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsin vəsatəti təmin edilib və onun barəsində olan həbs qətimkan tədbiri ev dustaqlığı ilə dəyişdirilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində tiktoker, aparıcı Azər Zahid, köməkçisi Rövşən Tahirov, Emin və Rəşad Abdullayev qardaşlarına qarşı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma, internetdə onlayn qumar oyunları təşkil etmə maddələri ilə cinayət işi başlanıb.

Onlar Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) 244-1.2.2-ci (qumar oyunu təşkil etmə), 244-1.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Xəbər lenti

Xəbər lenti