Bakı. Trend:
İspaniya sahillərində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Trend bu barədə İspaniyanın Milli Coğrafiya İnstitutun məlumatlarına istinadən xəbər verir.
Məlumata əsasən, zəlzələ episentri Aralıq dənizində, krallığın cənub-şərqində yerləşən Palos burununun ərazisində yerli vaxtlar 07:13-də qeydə alınıb. Zəlzələnin yeraltı ocağı təqribən 2 kilometr dərinlikdə olub
Yeraltı təkanlar Mursiya və Andaluziya bölgələrinin yaşayış məntəqələrində hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə hələ ki, məlumat yoxdur.