...

Paytaxtın bu küçələrinin kəsişməsində svetoforlar quraşdırılıb (VİDEO)

Cəmiyyət Materials 14 İyul 2025 09:50 (UTC +04:00)
Paytaxtın bu küçələrinin kəsişməsində svetoforlar quraşdırılıb (VİDEO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Nizamlanmayan yolayrıcında piyada və sürücülər üçün yaranan xaotik vəziyyət aradan qaldırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paytaxtın Xətai rayonu, Mərkəzi Bulvar və İlqar Mirzəyev küçələrinin kəsişməsində yeni nəqliyyat svetoforları quraşdırılıb.

Yeni nəsil, LED işıqlandırma ilə təchiz olunan svetoforlarda piyada bölmələri də istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti