Bakı. Trend:
Fələstinin "HƏMAS" hərəkatı 2025-ci ilin yanvarında Qətərin təklif etdiyi İsrail silahlı qüvvələrinin Qəzza zolağından çıxarılması planına qayıtmağa hazırdır və kiçik güzəştlərə gedə bilər.
Trend-in məlumatına görə, bu barədə "Al Arabiya" televiziya kanalı Fələstin mənbələrinə istinadən xəbər verib.
Məlumata əsasən, "HƏMAS" nümayəndələri Dohadakı məsləhətləşmələr zamanı Qətər danışıqçıları tərəfindən 2025-ci ilin əvvəlində İsrail ordusunun Qəzza zolağından çıxarılması planı ilə bağlı müzakirələrə qayıtmağa hazır olduqlarını bildiriblər.
Sənəd İsrail qoşunlarının Fələstin anklavının sərhədindən 700 metr dərinlikdə, həmçinin sektorun müəyyən ərazilərində 400 metr dərinlikdəki mövqelərindən çıxarılmasını nəzərdə tutur.
Bildirilib ki, HƏMAS bu planın bəzi məqamlarını tənzimləməkdə çeviklik göstərə bilər.