Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda 17,708 milyard manat dəyərində xam neft və təbii qaz hasil olunub.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,253 milyard manat və ya 6,6% azdır. Belə ki, 2024-cü ilin birinci yarısında Azərbaycanda 18,961 milyard manat dəyərində xam neft və təbii qaz hasil olunmuşdu.
Qeyd edək ki, hesabat dövründə ölkədə mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 19,3 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalıb. Sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 13,7 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 19,3 milyard kub metr təşkil edib. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3% azalıb, əmtəəlik qaz hasilatı isə 1,1% artıb.