...

Günəşdə fəallıq sürətlə artır: Son bir gündə 17 partlayış qeydə alınıb

Dünya xəbərləri Materials 12 İyul 2025 19:27 (UTC +04:00)
Günəşdə fəallıq sürətlə artır: Son bir gündə 17 partlayış qeydə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 11-i günorta saatlarından etibarən Günəşdə fəal mərkəzlərin sayı və sahəsi sürətlə artmağa başlayıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, oxşar fəallıq Günəşin Yerdən görünməyən əks tərəfində də müşahidə olunur. Hazırda bu prosesi Avropa Kosmik Agentliyinin “Solar Orbiter” aparatı izləyir.

Məlumata əsasən, iyulun 11-dən 12-dək Günəşdə ümumilikdə 17 partlayış baş verib. Bu, ayın orta göstəriciləri ilə müqayisədə təxminən üç dəfə çoxdur.

Mütəxəssislər qeyd edirlər ki, Günəş aktivliyindəki bu artım qlobal xarakter daşıyır və geofiziki şəraitə təsirsiz ötüşməyə bilər.

Xəbər lenti

Xəbər lenti